Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BU ÖLKƏDƏ İBADƏT SAATLARINDA MƏSCİDİN QAPILARI BAĞLANACAQ

4 böyük məsciddə “ciddi təhlükəsizlik tədbirləri görülür.

Hollandiya mediasında yer alan xəbərlərə görə, 4 böyük məscidin nümayəndələri Kanadada meydana gələn hadisədən sonra bir araya gəliblər.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, iclasın sonunda alınan qərara görə, Amsterdam, Rotterdam, Lahey və Utrecht şəhərlərində yerləşən və daha çox mərakeşlilərin getdiyi 4 böyük məsciddə “ciddi təhlükəsizlik qayğıları” səbəbi ilə ibadət saatlarında qapıların bağlanacağı bildirilib.

Məscid nümayəndələri bildiriblər ki, bu radikal qərarı almağa məcbur qalıblar. Məscidlərin hər zaman haçan açıq olacağı ilə qeyri-məlumdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...