Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu ölkədə ibtidai sinif şagirdlərinə hicab taxmaq qadağan edildi

Qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.

Bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Avstriyada ibtidai sinif şagirdlərinə (10 yaşadək) hicab taxmaq qadağan olunub. Din.az xəbər verir ki, bu barədə ölkə parlamenti qanun qəbul edib.

Başda Avstriya İslam Cəmiyyəti olmaqla, bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onların fikrincə, bu qanun konstitusiyada bərabərlik prinsipinə ziddir.

Sənəddə deyilir ki, qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.

Avstriyada bütün məktəblərdə xristianlara aid xaç simvolunun və yəhudilər tərəfindən istifadə olunan təkkənin (baş geyimi) qadağan edilməməsi səbəbindən, bu addım müsəlmanlara qarşı ayrı-seçkiliyin göstəricisi kimi qarşılanır. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...