Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bu ölkədə imama süiqəsd etdilər

Share Button

Taylandda bir imam motosikleti ilə məscidə gedərkən onu təqib edən naməlum bir şəxsin atəş açması ilə həyatını itirib

tayland-da-bir-imama-suikast-duzenlendi--2247782Taylandın cənubunda bir imam odlu silahla vurularaq öldürülüb.

“Din.az” xəbər verir ki, Patanı əyalətinə yaxın Yaring şəhərinin istintaq məmuru Astsubay Naravit Ratchakityothin telefonla verdiyi açıqlamada, 46 yaşlı imam Abdullah Doenin motosikleti ilə məscidə gedərkən onu təqib edən naməlum şəxs tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişdiyini bildirib.

Təcavüzkarın, imamın kürəyinə dəfələrlə odlu silahla atəş etdiyini söyləyən Ratchakityothin, Doenin hadisə yerindəcə öldüyünü deyib.

Hadisənin bölgədəki qarşıdurmalarla əlaqəsi olmadığını bildirən Ratchakityothin, “Bu hücumun şəxsi düşmənçilik səbəbi ilə təşkil edildiyini düşünürük”, – deyə qeyd edib.

Qeyd edək ki, Taylandın cənubu 100 ildir ki, müsəlmanların etirazlarına səhnə olur. 2004-cü ildə yenidən baş qaldıran qarşıdurmalarda 6 mindən çox adam ölüb, 10 mindən çox insan yaralanıb.

Ölkədəki rəhbərlik avqust ayında əhalinin 80 faizini müsəlmanların olduğunu və siyasi muxtariyyət tələb edən cənubdakı Patani, Yala və Narativat əyalətləri ilə danışıqlara başlayacağını bildirmişdi, lakin hələ də bir irəliləyiş yoxdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir