Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Bu ölkədə istənilən ssenariyə hazırıq” – Liberman

“Suriya böyük bir quru ordusu qurur”.

İsrail ordusu Suriyada istənilən ssenariyə hazırdır.

Din.az xəbər verir ki, bu haqda İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

Qolan təpələrində hərbi qüvvələri ziyarət edən Liberman Suriyadakı son prosesləri qiymətləndirib. Suriyanın böyük bir quru ordusu qurduğunu və bu ordunun ötən illərlə müqayisədə daha da gücləndiyini deyən israilli nazir bütün prosesləri izlədiyini və hər bir ssenariyə hazır olduqlarını deyib.

Qeyd edək ki, Qolan təpələri Suriyanın cənubi-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilərdir. Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var.

Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş “altı günlük müharibə” zamanı İsrail tərəfindən tutulub. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...