Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu ölkədə kilsə üzvlərinin cəmi 43%-i Allaha inanır

Danimarkalılar kilsəyə üzvlüyü milli kimlik hesab edirlər.

Danimarkada kilsə üzvlərinin yarıdan çoxu Allaha inanmır.

Din.az xəbər verir ki, bu nəticə “YouGov” şirkətinin keçirdiyi tədqiqatdan sonra ortaya çıxıb. Tədqiqata əsasən, kilsəyə üzv olanların yalnız 43%-i Allaha inanır.

Şirkət bildirib ki, danimarkalılar kilsəyə üzvlüyü milli kimlik hesab edirlər. Belə ki, tədqiqatçılar ölkə əhalisinin 75%-nin hazırda kilsə üzvü olduğunu və kilsə vergisi verdiklərini də müəyyən ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...