Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu ölkədə müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu

Cənub-şərqi Asiyada müsəlmanlarına qarşı təzyiqlə davam etdirilir.

Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib.

Din.az xəbər verir ki, mobil operatorlara Banqladeşin cənub-şərqindəki qaçqın düşərgələrinə göstərilən xidməti 7 gün ərzində dayandırmaq tapşırılıb.

Qeyd olunur ki, qərar təhlükəsizlik məqsədləri ilə bağlı qəbul edilib. Banqladeş polisi bildirib ki, uzun müddət ərzində qaçqın Rohinca müsəlmanları mobil rabitədən sui-istifadə edərək cinayətlər törədib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...