Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu ölkədə şagirdlərə oruc tutmaq qadağan oluna bilər

Karl Nehammer: “Oruc tutan şagirdlərin orqanizmi zəiflədiyi üçün dərsləri yaxşı izləyə bilmirlər”.

Avstriyada məktəblərdə oruc tutmanın qadağa olunması gündəmə gəlib.

Din.az-ın bildirdiyinə görə,  ölkədə koalisiya hökumətinin əksər hissəsini təmsil edən Xalq Partiyasının baş katibi Karl Nehammer qeyd edib ki, oruc tutan şagirdlərin orqanizmi zəiflədiyi üçün dərsləri yaxşı izləyə bilmirlər: “Bəzi müəllim və ekspertlər uşaqların oruc tutduğu üçün fiziki güclərini itirdiklərini və bu səbəbdən dərslərə diqqətlə yanaşa bilmədikləri ilə bağlı raport veriblər.

Din azadlığı Avstriya üçün yüksək bir dəyərdir‚ hər cür dini adət-ənənəyə hörmətlə yanaşılır. Lakin dini rituallar‚ bu hansı din olur-olsun‚ uşaqların sağlığına zərər verirsə‚ demək ki‚ çox irəli gedib. Oruc tutmaq uşaqları gücsüzləşdirərək onların dərslərini oxumasına maneə yaradır. Şagirdlərə oruc tutmağın qadağan olmasını istəyirəm”. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...