Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu ölkədə xristianların sayı ciddi şəkildə azalır

Sorğu xristianların sayının ciddi şəkildə azalmasının müşahidə olunduğunu müəyyənləşdirdi.

Böyük Britaniya İctimai Araşdırma Mərkəzinin hesablamalarına görə, ölkədəki xristianların nisbəti 2008 -2018 illərdə 50 faizdən 38 faizə düşüb.

Din.az bildirir ki, təxminən 3 min insan arasında keçirilən sorğuda xristianların sayının ciddi şəkildə azalmasının müşahidə olunduğu müəyyənləşib.

Nəticəyə əsasən, bu nisbət 1983-də 66 faiz, 2008-də 50 faiz olduğu halda, 2018-ci ildə 38 faizə düşüb.

Özünü heç bir dinə aid etməyənlərin sayı isə 50 faizə yüksəlib.

Sorğu zamanı müsəlmanların sayında artım olduğu aydın olub. Belə ki, 1983- cü ildə müsəlmanlar əhalinin 1 faizini təşkil edirdisə, hazırda bu göstərici 6 faizə yüksəlib. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...