Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu ölkədən Fransaya tələb: KƏLLƏ SÜMÜKLƏRİMİZİ VERİN!

Fransadan oğurlanan arxiv materiallarının qaytarılması da tələb edilib.

Əlcəzair Paris İnsan Müzeyində nümayiş olunan əlcəzairli üsyançıların kəllə sümüklərinin geri verilməsini tələb edir.
Din.az bildirir ki, bu tələbi Əlcəzairin Fransadakı səfiri Əbdülqadir Mesduva Fransa Xarici İşlər Nazirliyinə rəsmən çatdırıb. Mesduva kəllə sümükləri ilə bərabər ölkədən oğurlanan arxiv materiallarının da qaytarılmasını tələb edib.

Qeyd edək ki, Paris İnsan Müzeyində sərgilənən 18 min kəllə sümüyündən 37-si 19-cu əsrdə Fransaya qarşı ayağa qalxmış Əlcəzair üsyançılarının liderlərinə məxsusdur. Əlcəzair həmçinin Fransanı ölkədən 18 min arxiv sənədini oğurlamaqda ittiham edir. / Kult.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...