Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu ölkədən İsrail vətəndaşlarına qadağa

“Əgər gəlsələr, bu, qayda pozuntusu sayılacaq”.

Malayziya hökuməti ev sahibliyi edəcəyi 2019-cu il Dünya Paralimpiya Üzgüçülük Çempionatına qatılmaq üçün müraciət edən İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Din.az xəbər verir ki, Malayziyanın Baş naziri Mahathir Məhəmməd bu barədə yayılan məlumatları təsdiqləyib.

“Əgər gəlsələr, bu, qayda pozuntusu sayılacaq. Malayziyanın çempionatlığa ev sahibliyi etməyinə qarşı çıxmaq istəsələr, sınaya bilərlər”, – o bildirib.

Malayziyanın Gənclər və İdman nazirinin müavini Stiven Sim Çi Keonq hökumətin Fələstin xalqına göstərilən təzyiqə etiraz olaraq mövqeyini dəyişməyəcəyini bildirib.

Qeyd edək ki, Dünya Paralimpiya Üzgüçülük Çempionatı 29 iyul- 4 avqust tarixlərində keçiriləcək. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...