Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu ölkələr Türkiyəyə qarşı intiqam SSENARİSİNİ İŞƏ SALDI: Tövratdan götürülən kod adı

“Nobel Dina” (Tövratda intiqam anlamına gəlir) adı verilən təlimlər …

Şərqi Aralıq Dənizində 2010-cu ildən İsrail, ABŞ, Yunanıstan və Kipr adasının yunan hissəsi tərəfindən keçirilən birgə hərbi təlimlərin əsl hədəfi ortaya çıxıb.

Din.az Publika.az-a istinadən xəbər verir ki, “Nobel Dina” (Tövratda intiqam anlamına gəlir) adı verilən təlimlər Türkiyədən gələcək hər hansı təhlükənin yox edilməsi üzrə ssenariləşdirilib.

U.S. and Albanian special operations forces approach an Afghan Border Police checkpoint overlooking a mountain pass near the Afghanistan-Pakistan border in the Spin Boldak district of Kandahar province, Afghanistan, April 1, 2013. The checkpoint was built to block an insurgent infiltration route. (U.S. Army photo by Staff Sgt. Shane Hamann/Released)

Hərbi təlimlərə ilk olaraq 2010-cu ildə İsrail və ABŞ qatıldı. Sonradan isə təlimlərə Yunanıstan və Cənubi Kipr də cəlb edilib.

Türkiyəyə qarşı ssenariləşdirilən təlimlərə İsrailin başçılıq etdiyini deyən türkiyəli ekspert Hasan Köni hesab edir ki, bu təsadüfi deyil. Onun sözlərinə görə, Türkiyə İsrailin NATO-ya girməsinə qarşı olan tək ölkədir, eyni zamanda Türkiyə NATO-da tək müsəlman ölkəsidir.

“Bu səbəbdən də İsrailin Türkiyəyə qarşı planları qaçılmaz idi. Gələcək günlərdə hər şey daha aydın olacaq”, – o deyib.

Təqaüddə olan general Fahri Erenel qeyd edib ki, Şərq Aralıq dənizi bölgəsi strateji baxımdan əhəmiyyətli bir nöqtədir. Onun sözlərinə görə, baş verənlər İsrail və ABŞ-ın bu bölgəni nəzarətdə saxlamaq, eyni zamanda Rusiya və Türkiyənin hərəkət sahəsini məhdudlaşdırmaq cəhdidir:

“Son bir neçə ay ərzində İsrail, Yunanıstan və Cənubi Kipr arasında razılıq əldə edildi. Bu razılıq Kipr adasının cənub hissəsində İsrailin bir baza qurmaq cəhdi idi. Bu baxımdan, Amerika İsraili dəstəklədi. Son vaxtlar İsrail ilə Yunanıstan arasında da münasibətlər genişlənir. İki ölkə arasında yaxınlaşmanın məqsədi Türkiyənin Egey dənizi istiqamətindən mühasirəyə almaqdır. İsrail hazırda Yunanıstanın bəzi strateji mövqeyi olan adalarında bazalar qurmağa cəhd göstərir. Əsl hədəfiləri Türkiyəni cənubdan mühasirəyə almaq və Rusiya ilə Türkiyənin güclərinin birləşməsinə mane olmaqdır. Bu baxımdan, təlimlərin hədəfi əlbəttə ki, Türkiyədir”.

Hərbi təlimlər son olaraq 19-29 mart tarixlərində “Nobel Dina 2018” adı altında keçirilib.

”Haravgi” qəzetinin xəbərinə görə, təlim Kritdəki NATO mərkəzi və İsrail limanından istifadə edilib.

Yunanıstanın hərbi mənbələrinə görə, təlimin ssenarisi belədir: Kipr-İsrail birgə təbii qaz axtarış platforması “düşmən qüvvəsi” adlandırılan Türkiyə Hərbi-Hava Qüvvələrinin hücumuna məruz qalır. Bu hücumu dəf etmək üçün Kürecikdəki (Türkiyənin Malatya vilayətində yerləşən NATO-nun radar sistemi – red.) dövriyyəyə girir. Radar Türkiyə qırıcılarını izləyir və ABŞ gəmlərdən işə salınan raketlərlə Türkiyə təyyarələrini vurur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...