Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərəcəyik

“Fətullah da eyni sizin ağalarınız kimi ağlayır, sızlayır.”

Din.az bildirir ki, millət vəkili Fazil Mustafa özünün “facebook” səhifəsində İrançı şəbəkəyə bağlı şəxslərlə bağlı fikirlərini səsləndirib. Həmin qeydləri sizə təqdim edirik:

“Dəyərli dostlar! Xatırlayırsınızsa ötən yazılarımda İrançı şəbəkəyə bağlı bir neçə tanınmış şəxsin adını qeyd etmişdim və bildirmişdim ki, irançı şəbəkənin bir təmsilçisinin də açıqlamasını gözləyirəm, ondan sonra məsələyə daha açıq münasibət bildirəcəyəm. Nəhayət ki, adama susqunluğunu pozdurdular və Azərbaycanda sasani ideologiyasının əsas ruporlarından birinə çevrilmiş, Dini Komitənin keçmiş rəhbərliyinin Azərbaycan hakimiyyətini aldadaraq qonşu ölkənin xüsusi xidmət orqanları ilə birlikdə qurduğu “İslam.az” saytında Qarabağ Azadlığı Təşkilatının sədri Akif Nağının da mövqeyi səsləndirildi. Bu şəxsin əvvəllər də eyni məzmunlu mövqeyinə layiqli cavab vermişdim, prinsipcə bu tutarlı cavabdan dərs çıxarmalı olsa da, görünür adamı məcburi bu müzakirələrə təkrar cəlb ediblər. Adam guya millətçidir, keçmiş müsavatçıdır, bütöv azərbaycançıdır, maraqlıdır ki, digər miillətçilərin, bütöv azərbaycançıların bir qismi kimi həm də təpədən-dırnağa irançıdır. Mən deyirəm ki, biz bu ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərəcəyik, guya bu Qarabağ davasını aparan, Moskva Universitetinin tarix fakultəsini bitirmiş alim həmin fikri görməzdən gələrək, illərdir irançı saytların böhtançı ritorikası ilə şəxsimizə yönəlik eyni sualı təkrarlayır: “siz ölkədə nurçuluğu yaymaq istəyirsiniz?” Xeyr, cənab Akif Nağı! Bu böhtanlarınız artıq sağlam düşüncəli Azərbaycan cəmiyyətində keçmir. Çünki hər kəs sadəcə müşahidə edib görür ki, Fətullah da eyni sizin ağalarınız kimi ağlayır, sızlayır. Öz teatral qabiliyyətini birbaşa sizin ağlarınızdan götürüb və Fətullah da, sizlər də eyni bulağın axıntılarısınız. Ona görə sizin mollaxananın bu məmləkətdə ayaq açmasına yol verməyəcəyik. Eyni zamanda bundan sonra sizin maska taxaraq müqəddəs Qarabağ davamızın simvolu olan Qarabağ Azadlığı Təşkilatını da Qum Azadlığı Təşkilatına çevirmənizə imkan verməyəcəyik!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...