Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu qəbiristanlıqda ölülərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə dəfn edilib – VİDEO

“Bəzən yeni qəbirlər də qiblədən yayınır”.

Qəbirlərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə doğru baxır.

Din.az “Day.Az”a istinadən bildirir ki, Göygöl rayonunun əsas və ən böyük qəbiristanlığındakı bu vəziyyət illərdir dəyişmir. Hətta doğmaları burda dəfn olunanlar da vəziyyətlə barışmağa məcbur olub.

20 ildir qəbirisanlığın gözətçiliyini edən Vaqif Qədimov deyir ki, yanlışlığa əsasən köhnə – sovet vaxtına aid qəbirlərdə rast gəlinir. Ancaq təəssüf ki, bəzən yeni qəbirlər də onların yaxınlığında yerləşən qəbirlər kimi qiblədən yayınır.

Rayon sakinləri bu durumdan məmnun görünməsələr də, vəziyyəti düzəltmək səlahiyyətinin din xadimlərinə aid olduğunu bildirirlər.

Gəncə Şah Abbas məscidi dini icmasının sədri Hacı Əlisəftər Səfərəliyev deyir ki, İslam dininə görə ölünün üzü qibləyə dəfn olunması Quranın tələbidir. Göygöl qəbiristanlığında həmin vəziyyətin yaranması isə sovet dövrünə təsadüf edir.

Din xadimi deyir ki, belə yanlışlığı dəfn zamanı molla müdaxilə edərək düzəldə bilər və düzəltməlidir. Ölülərin yanlış istiqamətə dəfni isə gələcəkdə daha ciddi tarixi mübahisələrin yaranmasına əsas verə bilər.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...