Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu qız qızıldan hicab geyindi – Abır-həya, yoxsa israfçılıq əlaməti… -VİDEO

“Hər kəsin diqqətini cəlb etmək məqsədi güdən hicab…”

Küveytdə dəb aşiqi olan ədəbaz bur qadın 22 karatlıq “917” problu 2 kq saf qızıldan hazırlanmış bir hicab geyinməklə görənləri heyrətə salıb.

Din.az Moderator.az-a istinadən bildirir ki, belə bir hicabın qiyməti 72 min dollara, bəzi məlumatlara görə isə 75 min dollara başa gəlib.

Sosial şəbəkələrdə yayılmış video-görüntülərdə qızın naz-qəmzə ilə tamaşaçılardan yeni geyimi haqda fikirlərini soruşduğu görünür.

Bir sıra müsəlman istifadəçilər öz şərhlərində belə bir geyimi “bir qadının örtünməsinə deyil, əksinə, hər kəsin diqqətini ona cəlb etməyə xidmət edən bir anti-hicab” adlandırırlar. Bir çoxları isə müsəlman hesab edilən qızın bu davranışını İslam tərəfindən alqışlanmayan, xüsusilə də dünyamızda milyonlarla insanın yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı, Fələstində, Yəməndə, Suriyada, Afrikada və s. uşaqların aclıq və susuzluqdan həlak olduğu bir şəraitdə əsla bir möminə yaraşmayan ifrat israfçılıq kimi dəyərləndiriblər…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...