Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu şəhərdə dilənçilik qadağan edilib

“Mən ümumiyyətlə İsveçdə dilənçiliyi heç vaxt qəbul edə bilmərəm”.

İsveçin Katrineholm şəhərinin eyniadlı kommunasının inzibati mərkəzinin Şəhər Şurası bələdiyyənin müəyyən yerlərində dilənçiliyə qadağa qoyulmasının tətbiq edilməsi qərarına səs verib.

Din.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanun, həmçinin Skone əyalətindəki Vellinq bələdiyyələrində də formalaşdırılacaq. Bu, Katrineholmun mərkəzi hissəsindəki bələdiyyə torpaqlarında dilənçiliyə qadağa qoyulması deməkdir.

“Mən Katrineholmda və ümumiyyətlə İsveçdə dilənçiliyi heç vaxt qəbul edə bilmərəm”, – deyə bələdiyyə şurasının sədri Yoran Dalström öz çıxışında qeyd edib.

İndi yeni qanunvericilik təklifi təsdiq olunması üçün şəhər dairə administrasiyası şurasına göndəriləcək.

Qeyd edək ki, küçələrdə dilənçilik etmək məqsədilə son illər İsveçə xeyli sayda qaraçı və digər xalqların nümayəndələri üz tutub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...