Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BU ŞƏHƏRDƏ İBADƏT ETMƏYƏ YER YOXDUR

20 000 müsəlmanın ibadət etməsi üçün yer yoxdur.

Osmanlı dövründə burada 273 məscid olub
Din.az bildirir ki, Serbiyanın paytaxtı Belqrad şəhərində yaşayan 20 min nəfər müsəlmanın ibadət etməsi üçün, demək olar ki, heç bir yer yoxdur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Osmanlı dövründə bu şəhərdə 273 məscid olub. İndi isə, cəmi bir məscid — 1575-ci ildə inşa edilmiş “Bayraqlı məscid”i qalıb.

Yerli müsəlmanlar Zəmun çölü rayonunda məscid tikməyə çalışsalar da, hökumət onu dağıdıb. İndi müsəlmanlar açıq havada, dağıntıların ətrafında ibadət edirlər. // Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...