Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu şəhərdə məscid, kilsə, sinaqoq eyni binada tikiləcək 

Layihənin əsas ideyası: “müxtəlif dinlərin nümayəndələri arasında fikir və ideyalar mübadiləsi”.

Berlində özündə eyni zamanda məscid, kilsə və sinaqoqu birləşdirəcək bina tikiləcək.

Din.az bildirir ki, bu barədə “House of One” layihəsinin saytında bildirilir.

Brandenburg Gate at sunset

Məlumata görə, binanın tikintisinə 2019-cu ildə başlanılacaq və işlər iki il davam edəcək. Layihənin əsas ideyası “müxtəlif dinlərin nümayəndələri arasında fikir və ideyalar mübadiləsi”dir.

Qeyd olunur ki, bir bina olmasına baxmayaraq, tikinti zamanı dinlərin ibadət evlərinin bütün xüsusiyyətləri nəzərə alınacaq. Belə ki, sinaqoq və məscid şərqə doğru istiqamətlənəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...