Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu şəhərdə Quran parkı açıldı -İbrətamiz – FOTO

Qonaqlar Quranda adı çəkilən 43 bitki və 7 möcüzə ilə tanış ola bilərlər.

Ötən cümə günü Dubayın Əl-Havanij rayonunda Qurani- Kərimə həsr olunmuş parkın açılış mərasimi keçirilib.
Din.az bildirir ki, bu qeyri-adi məkanda yerli sakinlər və xarici turistlər müsəlmanların Müqəddəs Kitabında göstərilən möcüzələr haqqında məlumat əldə edə biləcəklər.

Parkın ərazisində qonaqlar Quranda adı çəkilən 43 bitki və 7 möcüzə ilə tanış ola bilərlər. Müasir texnologiyalarla təchiz olunmuş “Möcüzələr mağarası” sayəsində qonaqlar Qurani- Kərimin fenomal hadisələri ilə tanışlıq imkanı qazanacaqlar.
60 hektar ərazidə açıq teatr, şüşə ev, inzibati bina, uşaqlar üçün oyun meydançaları, səhra bağı, palma vadisi, göl, fəvvarələr, qaçış, velosiped və gəzinti yolları yerləşir.


Quran parkına giriş pulsuzdur. Ziyarətçilər yalnız “Möcüzələr mağarası”na və şüşə evə daxil olmaq üçün 10 dirhəm (təxm. 3 ABŞ dolları) ödəməlidirlər.

Bu park bitki ekologiyası sahəsində mədəni nailiyyətləri də nümayiş etdirir.

Quran parkının qurulmasında məqsəd dinlər və xalqlar arasında mədəni ünsiyyəti gücləndirməkdir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...