Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu türk dövləti HƏCC ZİYARƏTİNİ qadağan etdi

Məkkəyə getmək istəyənlər üçün tələblər sərtləşdirilib.

Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib.

Din.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin qərarının mətnində bildirilir.

Artıq Həccə getmək istəyənlərdən daha əvvəl ziyarətdə olmamaları tələb edilir. Qeyd edək ki, daha əvvəl bu tələb son 5 ildə Həcc ziyarətində olmamaqla kifayətlənirdi.

Həcc ziyarətinə namizədlərin seçimi rayon (şəhər) hakimləri tərəfindən yaradılmış 7 nəfərdən ibarət işçi qrupları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Özbəkistan Müsəlmanları Dini İdarəsi Həcc ziyarəti məqsədilə Məkkəyə getmək istəyənlər üçün tələbləri sərtləşdirib. Belə ki, ziyərət üçün nazmizəd kifayət qədər vəsaitə sahib olmalı, həmçinin yaşadığı məhəllədə nüfuzlu şəxs olmalıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...