Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu yerlərdə siqaret çəkmək olmaz – CƏRİMƏLƏNƏCƏKSİNİZ – VİDEO – FOTO

“Hər kəs özünə aid olan işi görsə məsuliyyət yaranmır”.

Din.az bildirir ki, ARB TV-nin “Günə doğru” verilişində qapalı və ictimai yerlərdə siqaret çəkilməsi haqda reportaj efirə gedib.

Qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub. Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs, eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?

“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.

Restoran əməkdaşı: “Qərar qüvvəyə minəndən sonra lövhələr quraşdırıldı. Burada siqaret çəkmək qadağandır”.

Qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə məlumat verilir. Lakin qonaqların zallarda siqaretdən istifadə etmələrinə bütünlüklə nəzarət edib icazə verməmək mümkün olmur. Çünki bu toy sahibləri ilə aralarında problemlərin yaranmasına gətirib çıxara bilər.

Fazil Mustafa (millət vəkili): “Hər kəs özünə aid olan işi görsə məsuliyyət yaranmır. Siqaret çəkənin özü cərimə olur”.

Bu qanunla qaydalara riayət edib siqaretdən istifadənin müəyyən edilmiş yerlərdə istifadəsi tələb olunur. İnsanların sağlamlığını qorumaq məqsədilə qəbul edilən qanunu pozanları pul cəzası gözləyir.

Sakin: “İctimai yerdə qadın, uşaq, körpə olur. Bunların yanında siqaret çəkmək olmaz. İlk dəfədən xəbərdarlıq olsa, sonra cərimə olsa, yaxşı olar”.

Siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə verilib. Lakin kankret cərimələrin miqdarı müəyyənləşdirilməyib. Qanuna əsasən görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarənin olmamasına görə restoran sahibləri də cərimələnəcək.

Fazil Mustafa (millət vəkili): “Hələki inzibati xətalar məcəlləsində bu məsələ öz həllini tapmayıb. Yaz sessiyasında məsələyə baxılacaq. Konkretləşdirmə olacaq”.

Bu qanunun tətbiqində əsas məqsəd siqaret çəkənlərin hüquqlarını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycanda tütündən azad zonalar yaratmaq və bundan yaxa qurtarmaq istəyən şəxslər üçün əlverişli şərait yaratmaqdır. / Milli.Az

https://daytube.az/az/videos/61709/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...