Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Bu zavallı cahil kişilənərək mənə xəbərdarlıq da edib” – Millət vəkilindən keçmiş komitə sədrinə ağır sözlər…

“Bütün şəxsimə təhqir yağdıranlar eyni məktəbin təmsilçiləridir.”

“Ey təkfirci və məzhəbçi təfəkkür, milli-mənəvi irsimin bu dühalarınamı mələşən deyirsən ? Həddini bil”

Bu ifadələr əvvəllər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri olmuş Elşad İsgəndərova aiddir. Təbiətcə qorxaq olduğuna görə adımı tələffüz etməyib, lakin şərhlərdən anlaşılır ki, bütün şəxsimə təhqir yağdıranlar eyni məktəbin təmsilçiləridir. Adam indi İslam Əməkdaşlığı Təşkilatının Gənclər qurumuna rəhbərlik edir. Bizimlə mübahisəyə girmək cəsarətini alqışlayıram. Çünki komitənin rəhbəri olarkən bir dəfə də olsun televiziyada sərbəst çıxışına rast gəlməmişəm, əsərini, məqaləsini duymamışam. Yəni din mövzusunda diletant olsa da, başqa məsələrdə çevikliyi var. Azərbaycanda qonşu ölkəninin dini ideologiyanın yerləşməsində müstəsna xidməti olanlardandır. Məhz bu aşırı məzhəbçi antitürk düşüncəsinə görə ölkə prezidenti tərəfindən vəzifəsindən uzaqlaşdırıldı.

Bunların üzərində çox da durmaq istəmirəm. Diqqət yönəltmək istədiyim xüsus başqadır. Adam iki ildir vəzifədən gedib, fəal ictimai xadimdirsə, gündəmdə fikirlərini ortaya qoymaq üçün hər cür fürsəti vardı. İki il susqunluqdan sonra adam aktiv siyasi mövqe ortaya qoyaraq birbaşa xurafatı, cəhaləti dəstəkləyən açıqlama verirsə, demək ki, onu həyəcana gətirən isti QUMa dirəniş göstərə bilməyib. Sonda da kişilənərək xəbərdarlıq da edib: Həddini bil!
Gözlərini QUM örtmüş zavallı cahillər! Söylədiyiniz həddi bu Vətəni qorumağı, bu milləti xurafatdan, cəhalətdən xilas edib elmə, təhsilə yönəltməyi özü üçün həyat amalı seçmiş insanlar bilir, başqasının dibçəyində və başqasının qumunda yetişənlər bilməz, anlamaz! / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...