Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Budapeştdə müsəlman məzarlığı tapıldı

Macarıstanın paytaxtı Budapeştdə aparılan inşaat qazıntıları zamanı Osmanlı dövrünə aid olduğu düşünülən 200 ədəd müsəlman məzarlığı aşkar edilib

Budapeştdəki Jozsef Nador Meydanında aparılan inşaat qazma işləri zamanı XVIII əsrə aid olduğu təxmin edilən məzarlıq ortaya çıxıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, dörd ədəd sarıqlı məzar daşının da tapıldığı qazıntılarda çıxan insan skeletləri tədqiq edilmək üçün Macarıstan Təbiət Elmləri Muzeyinə aparılıb.

Macarıstan Təbiət Elmləri Muzeyinin səlahiyyətlisi Antropoloq Zsolt Bernart verdiyi açıqlamada, qəbiristanlığın olduğu sahədə o dövrdə kimlərin yaşadığının bilinmədiyini, ancaq eyni bölgədə daha əvvəl aparılan araşdırmalarda da bəzi qəbirlərə rast gəlindiyini bildirərək bu məlumatları verib:

“Daha əvvəl eyni ərazidən tapdığımız insan qalıqlarını da araşdırdıq. Bu gün tapılan məzarlar daha əvvəl tapılan məzarlığın bir hissəsidir. Bu zamana qədər 200-dən çox məzar aşkarlanıb. Axtarışlar davam etdikcə böyük ehtimal ki, arxeoloqlar daha çox qəbir tapacaq. Tapılan məzarlıq son dərəcə düzgün və insanlar sıra ilə bir-birinin yanında dəfn edilmiş vəziyyətdədir”.

toplu-mezar_8766

Əldə edilən məlumatlara görə, məzarlığın müsəlmanlara aid olduğunu qeyd edən Bernart bunları bildirib:

“Bəzi məzarlarda sarıqlı qəbir daşı tapılıb. Digər detalları da tutuşdurduqda arxeoloqlar bunun müsəlman məzarlığı olduğunu bildirir. 1680-ci illərə aid xəritələrə baxdığımız zaman burada bir qəbirstanlığın olduğunu görürük. Bu qəbirstanlığın qarışıq bir qəbirstanlıq olduğunu ifadə edən heç bir məlumat yoxdur. Hazırda əldə olunan məlumatlara görə, bura 100 faiz müsəlman məzarlığıdır. Hətta bu məzarlığın bir hissəsinin xristianlar, digər hissəsinin isə müsəlmanlar tərəfindən istifadə edildiyini iddia edəcək heç bir səbəbimiz də yoxdur. Onsuz da iki müxtəlif xalqın ortaq qəbirstanlıqdan istifadə etməsi görünməmiş bir haldır. Bu hal, aparılacaq antropoloji araşdırmalarla da isbat edilə bilər”.

Qazıntıların aparıldığı sahənin əslində qəbiristanlığın çox kiçik bir hissəsi olduğunu söyləyən Berbart, ”Qəbiristanlığın yalnız kiçik bir qismi ortaya çıxarıla biləcək, çünki qəbirstanlığın digər hissələrində bina və küçələr var. Bu gün arxeoloqların araşdırdığı sahə qəbiristanlığın yalnız çox kiçik bir qisimidir. İndiyə qədər 200 məzar tapılıb, amma bu sayın 500-ə qədər çıxacağını düşünürəm” deyə bildirib.

Mövzu, Türkiyənin Budapeştdəki səfirliyi tərəfindən yaxından izlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir