Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Buddistlər müsəlmanların yaşadığı kəndə hücum edib

Müsəlmanların mağazalarını, restoranlarını dağıtdılar, evlərini da yandırdılar.

Şri-Lankada buddistlər müsəlmanların yaşayış məntəqələrinə soxulublar.

Din.az xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.

Məlumata görə, buddistlər komendant saatının, fövqəladə vəziyətin olmasına, təhlükəsizlik qüvvələri sayının intensiv şəkildə artmasına baxmayaraq, müsəlmanların mağazalarını və restoranlarını dağıdıblar. Bununla yanaşı, onlar müsəlmanların evlərini da yandırıblar.

Kütlə kiçik Pallekele şəhərində komendant saatına məhəl qoymayaraq 4 evi yandırıb.

Kandi şəhərinin çoxlu sayda sakini də həmçinin bu həftənin əvvəlində hücuma məruz qalıb. Polis və əsgərlər istisna olmaqla şəhərin küçələri boş qalıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...