Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BUDDİSTLƏRLƏ BAĞLI BİR-BİRİMİZİ ALDATMAYAQ – ƏRDOĞAN

“İndi isə 2011-ci ildəki Somali yoxdur”.

Buddistlərlə bağlı bir-birimizi aldatmamalıyıq.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Vorld Forum”da çıxışı zamanı deyib.

“2011-ci ildə ilk dəfə Somaliyə getdik. İndi isə 2011-ci ildəki Somali yoxdur. Xeyli dəyişib. Somalidə səfirliyimiz var. Bundan əlavə, 400 hektarlıq ərazidə hərbi baza yaratdıq. 600 minə yaxın insan buddistlər tərəfindən öldürülür. Təhdid nəticəsində insanlar torpaqlarını tərk edir. Hər inancın terrorçusu olur. Bunlar “yoqa edir”, “mülayimdirlər” kimi sözlərlə bir-birimizi aldatmayaq”, – Ərdoğan bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...