Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bundesverdə imam ştatının yaradılması təklif olunub

Bundesverdə təxminən 1500 müsəlman əsgər xidmət edir.

Almaniya Silahlı Qüvvlərində (Bundesver) müsəlman kontingent üçün imam ştatının yaradılması təklif olunub.

Din.az xəbər verir ki, bununla bağlı “focus.de” saytında yayımlanan məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, hazırda Bundesverdə təxminən 1500 müsəlman əsgər xidmət edir. Onların ibadət və qidalanma ilə bağlı problemləri mövcuddur.

Sayta müsahibə verən 13 il Bundesverdə xidmət etmiş müsəlman qadın əsgəri Nariman Raynke bildirib ki, orudakı müsəlmanlar islam dinində qoyulan pəhriz qanunlarına necə riayət etmək problemi ilə üzləşirlər. Eləcə də orduda müsəlman əsgərlərin xidmət etdiyi hissələrdə namaz otaqları yoxdur.

Məqalədə qeyd olunub ki, hazırda Böyük Britaniya ordusunda 650 müsəlman əsgər qullu etdiyi halda onların 2 imamı var. Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının sədri Aiman ​​Mazyek də qeyd olunan problemlərdən danışaraq bildirib ki, onun təşkilatı dəfələrlə müsəlman imamın təyin etmək məsələsini qaldırıb. Mövzu Alman İslam Konfransına daxil edilsə də müvəffəqiyyətsiz olub. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...