Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bunlara inanan müsəlmanlar var

Bir gecədə doxsan xanımı ilə cinsi münasibətdə olan Süleyman (ə) və səksən yaşında balta ilə sünnət edilən İbrahim peyğəmbər

Bəzi hədis rəvayətlərindəki iddiaların nə qədər şişirdilmiş və məntiqsiz olması ilə bağlı bir çox nümunələr tapmaq olar. Bunlardan biri də Süleyman peyğəmbərin bir gecədə doxsan xanımıyla cinsi əlaqəyə girməsinin iddia edildiyi rəvayətdir.

“Rəsulullah buyurdu: “Süleyman (ə) bir gün: “Bu gün mütləq doxsan xanımımın yanına gedəcəyəm. Hamısı da Allah yolunda cihad edəcək bir igid dünyaya gətirəcək” dedi. Dostu (və ya mələk) ona: “Heç olmasa inşallah de!” xəbərdarlığını etdi. Lakin  Süleyman “inşallah” demədi. Həmin gün söz verdiyi kimi bütün xanımlarının yanına getdi. Lakin qadınlardan yalnız biri hamilə qaldı. O isə yarım insan dünyaya gətirdi. Rəsulullah sözünə davam edərək: “Nəfsim əlində olan Allaha and olsun! Əgər Süleyman (ə) “İnşallah desəyədi, hamısı Allah yolunda atlı kimi cihad edən uşaqları olacaqdı” buyurdu”. (Buxari, “Ənbiya” 40, Eyman 3; Muslim, Eyman 23, (1654); Nəsai, Eyman 39, 40, (7, 25).

Rəvayətlərdən birinə görə isə İbrahimin səksən yaşında, balta ilə sünnət edildiyi iddia edilmişdir: “Rəsulullah buyurdu: “İbrahim (ə) səksən yaşında olduğu halda, balta ilə sünnət olundu”. (Buxari, İstizan, 51, “Ənbiya” 8; Muslim, Fədəil 151, (2370)

 

 

MÜZAKİRƏ

5 şərh Bunlara inanan müsəlmanlar var üçün

  1. ramazan dedi:

    yazinin muelifi kimdir.qorxur adini yazmaqa

  2. Vadar dedi:

    Bunlara inanmağ olar?!

  3. Elman dedi:

    İnanmamağa sizi vdar edən nə?

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...