Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Bunlardan təmizlənmədikcə hər kəs öz qaloşunu, corabını cahil insanlara iylətməyə davam edəcək”

“Qurandan başqa mənbə, Məhəmməddən başqa dini avtoritet tanımıram”.

Bizim cəhalətə, xurafata qarşı mövqeyimizi əhəmiyyətsizləşdirmək üçün bəziləri maraqlı metod tapıblar. Yazırlar ki, Fazil Mustafa nadanlığa, geriçiliyə qarşı çıxışlar edərkən şiəliyə qarşı qərəzini ortaya qoyur. Bəri başdan deyim ki, İslam dinində hər hansı məzhəbçiliyi və təriqətçiliyi rədd edirəm, Qurandan başqa mənbə, Məhəmməddən başqa dini avtoritet tanımıram. Yəni müsəlmanlığı, onun ilahi kitabını və göndərilmiş peyğəmbərini priorotet olaraq götürürəm. İndi kimə qarşı olmamın bir anlaşılmazlığı varmı? Varsa deyim. İslam dinini qəbul edən ağıllı insanları dəyərləndirirəm, axmaqları da dini nüfuzdan salan elementlər olaraq görürəm. Bu cür ağıllı insanlar da, bu cür axmaq insanlar da şərti olaraq özlərini sünni, şiə, sələfi, nurçu, vəhabi, talibançı, işidçı, əl-qaidəçi, hizbullaçı adlandırılsa, biizm üçün nə fərq edər? Özünə müsəlman deyən hər kəs daxilən anlayır ki, pirlər, ibadətgahlar, seyidlik, ələmlər, zəncirlər, sağğal-balaq müştəbehliyi, “Allahu əkbər” çağırışı ilə edilən qatilliklər, siğəbazlıqlar kimlər üçünsə hansısa dəyəri ifadə edə bilər, ancaq heç bir halda İslamla, onun yolgöstərən kitabı Quranla əlaqələndirilə bilməz. İslam elm dinidir, əxlaq dinidir, cəhaləti ona yaramazlar, danabaşlar, geri zəkalılar ayrı-ayrı adətlər, mərasimlər formasında qoşublar. Bunlardan təmizlənmədikcə hər kəs İslam adına öz qaloşunu, corabını cahil insanlara iylətməyə davam edəcəkdir. Özünə şiə deyən, özünə sünni deyən inanclılar özlərini bir adla- müsəlman kimi tanımayana qədər axmaqcasına bir-birinə kin-küdurət bəsləməyə davam edəcəklər. Ona görə də cəhalətə qarşı mövqeyimizi başqa yerlərə yozmayın, sadəcə səhviniz, yanlışınız, eybiniz varsa, Qurandan mükəmməl mənbə yoxdur, bir də təkrar ora qayıdın, oxuyun, düzəldin. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...