Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bunu edirsinizsə hər kəsdən halallıq alın!

Siqaret başqasına zərər verirsə qulun haqqına girilir, ondan halallıq istənməlidir. Cəmiyyət arasında açıq havada və ya məkanda siqaret çəkirsinizsə, bir daha düşünün. Çünki Türkiyədə diyanətə görə, içdiyiniz siqaretin tüstüsü siqaret çəkməyən birinə təsir edirsə o adamdan halallıq almağınız lazımdır. Siqaret çəkmək qul haqqına girər mi? Buu suala Türkiyənin dini qurumundan (diyanət) cavab gəldi. “Din.az” xəbər […]

Siqaret başqasına zərər verirsə qulun haqqına girilir, ondan halallıq istənməlidir.

Cəmiyyət arasında açıq havada və ya məkanda siqaret çəkirsinizsə, bir daha düşünün. Çünki Türkiyədə diyanətə görə, içdiyiniz siqaretin tüstüsü siqaret çəkməyən birinə təsir edirsə o adamdan halallıq almağınız lazımdır.

Siqaret çəkmək qul haqqına girər mi? Buu suala Türkiyənin dini qurumundan (diyanət) cavab gəldi.

“Din.az” xəbər verir ki, Din İşləri üzrə Ali Təşkilatın üzvü Dr.Mehmet Canbulat mövzuyla əlaqədar, “minlərlə adamın yanında siqaret çəkən bir insanı fikirləşin. Həmin adam ətrafındakı insanlarla tək-tək halallaşmalıdır. Çünki tüstüsüylə onlara zərər vermiş olur”, deyə bildirib.

Ardından Canbulat, “mən siqaret çəkərək özümə zərər verdiyim üçün tövbə istiğfar etməliyəm. Amma sizə zərər verirəmsə ikinci bir məsələ ortaya çıxır. Bu isə qul haqqına girməyimdir. Bu vəziyyətlə mən axirətdə məsuliyyət daşımış oluram. Sizinlə halallaşmağım mütləqdir”, – deyə qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...