Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bütöv bir kəndi işıqlandıran məscid

Enerjinin mənbəyi – kəndin məscidi…

Mərakeşdə bir məscid ziyarətçilərinə namaz qılıb, dua etmək şəraiti yaratmaqla yanaşı, işıqlarını daim yanıq saxlayır. Bu kiçik kənd, dünyanın başqa yerləri üçün ibrət ola bilərmi?

Din.az bildirir ki, Tadmamet kəndi Mərakeşin eyniadlı səs-küylü şəhəri Mərakeşdən cənuba bir saatlıq maşın yolu məsafəsində yerləşir. Amma sanki başqa dünya qədər uzaqdır.

Yüksək Atlas dağlarının döşündə yerləşən və insanlarının sadə kənd həyatı sürdüyü 400 sakinli kəndə ən yaxın yaşayış yeri, 40 km uzaqlıqda yerləşir.

Kənddə gəlirin əsas mənbəyi arpa, kartof və alma satışıdır. İnsanların əksəriyyətinin maşını yoxdur. Nə ağıllı mobil telefonlar, nə də internet tapmaq olmaz. Hətta, kəndə elektrik enerjisi də məhdud şəkildə gəlib çatır. Xüsusilə də şaxtalı qış günlərində.

Amma onların enerji ehtiyacını təmin edən yeni bir yol mövcuddur. Və bu enerjinin mənbəyi gözlənilməz bir yerdir: kəndin məscidi.

Keçən il Tadmamet bir ilkə imza atmışdı: ölkədə günəş enerjisi ilə təchiz olunan ilk məscid. Məscidin damı fotovoltaik (FV) günəş lövhələri ilə örtülüb. Buradan o qədər enerji alınır ki, nəinki məscid və onun yanında yerləşən imamın evini, eləcə də bütün kənd işıqlanır.

“Bu, ölkədəki ilk pozitiv enerji məscididir,” layihənin dəstəkçisi olan Almaniya dövlət agentliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Korporasiyasıdan (ingiliscə GİZ) Jan-Christoph Kuntze deyir.

Tadmamet məscidi unikaldır və bu qəbildən olan başqa məscidlər üçün də bir cığır açır. Bu, üç il əvvəl Mərakeş hökuməti tərəfindən başladılan ‘yaşıl məscid’ layihəsi təşəbbüsünün bir hissəsidir.

Layihənin məqsədi, ölkədəki 51,000 məsciddən başlayaraq ictimai binalardakı enerji istehlakını azaltmaqdan ibarətdir.

Məscidlərdə enerji daha çox işıqlandırılmaya sərf olunur. Bundan başqa, azan vaxtı səs gücləndiricilərin istifadəsi və tozsoranla təmizləmə kimi gündəlik işlər üçün də enerji lazım gəlir.

“Məscidlərin enerji istehlakı başqa binalardakı qədər çox olmasa da, başlanğıc üçün yaxşı seçimdir,” Kuntze deyir.

Mərakeş müsəlman ölkəsidir və məscidlər cəmiyyətdə mühüm rol oynayır.

Tadmamet məscidi həm də kəndin yeganə ictimai binasıdır. Eləcə də məsciddə dərslər tədris olunur, çünki məktəb binası istifadəyə yararsızdır.

“Artıq uşaqlar burda gəlib istədikləri vaxt dərs oxuya bilərlər, çünki işıq var,” kənd assosiasiyasının rəhbəri Brahim İdbdslaam deyir.

“Məktəbdə işıq yox idi”

Yeni məscidin tikilməsi üçün torpaq ianəsi edən kənddəki sakin ailənin üzvü Taouli Kəbirə insanların şam işığında namaz qıldığı günləri xatırlayır.

“Külək əsən zaman şam sönürdü və insanlar namazlarına qaranlıqda davam etməli olurdular,” o deyir.

Məscid həmçinin gecə vaxtı küçə işıqlarına enerji ötürür. Əvvəllər gün batdıqdan sonra, kənd qaranlığa qərq olarmış.

Və artıq enerji ilə isə irriqasiya üçün nasosla quyudan su çəkilməsi ilə bağlı planlar cızılır.

Tadmamet məscidi günəş su qızdırıcısı ilə də təmin olunub. Beləliklə, insanlar dəstəmaz alarkən isti sudan istifadə edə bilirlər. İçəridə isə enerji-səmərəli LED lampalardan istifadə olunur.

“Evlərdə isti su yoxdur,” Kuntze deyir.

“Artıq insanlar məscidin yuyunma otağında isti duş qəbul edə bilərlər.”

Elektrik enerjisi çox bahadır və Kəbirə deyir ki, buna görə də kəndlilər evlərində də günəş enerjisindən istifadə etmək istəyirlər. FV lövhələr və günəş su qızdırıcılarının qiymətləri aşağı düşsə də, Tadmamet kimi aşağı gəliri ərazilərdə şəxsi istifadə mümkün deyil.

Bununla belə, layihə yaşıl enerji ilə bağlı maarifləndirməyə böyük kömək olur və sistemi almaq istəyənlər də tapılır. Əslində günəş enerjisinin istifadə müddəti baxımdan bu xərci çəkməyə dəyər: kəndin sakinlərinin pulu ciblərində qalır.

“Köhnə məscidin enerji fakturası icma üzvləri arasında bölüşdürülürdü, indi isə bir qəpik də ödəmirik,” İdbdslaam deyir.

Paris iqlim sazişi çərçivəsində Mərakeş, 2030-cu ilə qədər emissiyanı 34%-ədək azaltmaq niyyətindədir. Keçən il yaşıl məscid sınaq layihəsi əsasında 100 məscid yenidənqurma prosesindən keçib. Buraya Mərakeş şəhərinə yerləşən iki böyük məscid də daxildir.

Ölkə, enerji ehtiyacını qarşılamaq üçün hazırda fosil yanacaqdan faydalanır. Ötən 10 il ərzində elektrik tələbatı ikiqat artıb. Bunun bir səbəbi yeni infrastruktur layihələridir. Ölkənin neft, qaz və kömürə olan ehtiyacının 97% -i demək olar ki idxal olunur.

Ölkəyə ildə 3000 saatdan çox düşən günəş şüası və bəzi regionlardakı külək və hidroenerji qabilliyi əsasında Mərakeş, 2030-cu ilə kimi 52% enerjisini bərpa olunan enerjidən almağı planlaşdırır.

Mərakeş şəhərinin Koutoubia məscidində quraşdırılan günəş texnologiyaları karbon emissiyasının qarşısını almağa kömək olur

Yaşıl məscidlərin faydaları təkcə kəndi işıqlandırmaqla bitmir. Tadmamet sakinləri iqlim dəyişikliyini də hiss edirlər.

Quraqlıq tez-tez baş verir və qışda irriqasiya üçün su çatışmazlığı yaşanır.

“Biz əkin sahələrimizi həftədə bir dəfə sulayardıq. İndi isə ayda bir dəfə sulaya bilirik,” İdbdslaam deyir.

“Məhsuldarlıq azalıb”

O, vəziyyətin daha da pisləşəcəyindən qorxsa da, məscidə montajlanan yeni texnologiya onda bir ümid yaradıb.

“Bərpa olunan enerjidən istifadə böyük kömək olacaq,” o deyir.

Yaşıl məscid layihəsinin məqsədlərindən biri, ictimaiyyəti onun faydaları haqqında maarifləndirməkdir. Proqram çərçivəsində radio vasitəsilə yaşıl enerji ilə bağlı xəbərlər verilir. Axund və mollalar enerji səmərəliliyi ilə yaşıl texnologiyanın paralel işlədiyini izah edirlər. Hörmət, təmkin və tənzimləmə kimi xüsusiyyətlər İslami dəyərlərin əsas hissəsi olduğuna görə, insanlar faydalanmağa çalışırlar.

“Əhalini bərpa olunan enerji haqqında maarifləndirmək və evlərində bu vasitələrdən istifadəyə həvəsləndirmək çox vacibdir,” Kuntze deyir.

Yaşıllaşma yeni iş imkanları da yaradacaq. Yaşıl məscid layihəsinə işləyən insanlara, enerji auditləri aparmaq və istifadə olunan texnologiyaları montajlayıb qorumaq öyrədilir.

Tadmamet məscidi yeni inşa olunduğuna görə kəndlilər əlavə bacarıqlara yiyələnə biliblər.

Yeni məscidin tikilməsi ilə bağlı planlar olduğundan dolayı, tikinti, sınaq məqsədilə başladılıb.

“Bizim layihə ortaqlarımız təklif etdilər ki, müasir standartlara cavab verən enerji-səmərəli məscid tikək,” Kuntze deyir.

Kənddəki evlərin əksəriyyəti daş və sementdən tikilib. Ərazinin qızmar yayları və şaxtalı qışlarına davam gətirməsi üçün bina, ilboyu optimal dərəcəni qoruya bilən palçıq kərpiclərdən inşa edilib.

Məscidin tikintisində iştirak edən kənd sakini Ouaoufdi bu texnologiyalar haqqında əvvəl eşitsə də, onlardan istifadə etmək şansı olmayıbmış.

Tikintidə böyük təcrübəsinə rəğmən, əvvəllər işində adətən intuisiyasına güvənib. İndi isə layihə rəhbərliyi və təhlükəsizlik ilə bağlı peşəkar bacarıqlara yiyələnib.

“Məscidin inşasında çox sayda gənc kişi iştirak edib və artıq onların sertifikatı var,” İdbdslaam deyir.

“Bu, başqa işlərə müraciət edən zaman onların tərcümeyi-halı üçün çox faydalı olacaq.”

“Biz məscidimizlə fəxr edirik,” o deyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...