Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

“Bütün dünya terrora qarşı birləşməlidir”

Share Button

Şeyxülislam Allahşükür Paşazadə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirdə çıxış edib

“Biz terrora qarşıyıq, terroru pisləyirik, bütün dünya terrora qarşı birləşməlidir”.

“A24.az”ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən keçirilən tədbirdə deyib.

QMİ sədri dünyada hökm sürən ikili standartlardan da danışıb. O qeyd edib ki, Avropada terror hadisəsi baş verəndə bir münasibət, digər ölkələrdə baş verəndə isə başqa münasibət göstərilir.

A.Paşazadə bildirib ki, Fransada, Belçikada terror hadisələri baş verəndə dünya mətbuatı bundan yazdı, ancaq Türkiyədə, Pakistanda baş verən terror hadisələri bu cür işıqlandırılmadı: “Bu nədir?! Bu Avropanın demokratiyasıdırmı?! Bir yerdə insan ölümünə bir münasibət var, başqa yerdə başqa münasibət”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir