Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bütün Qafqazın Şeyxi Qroznıda 200 cütlüyün nikah mərasiminə qatıldı

Qroznıda 200 gənc oğlan və qızların nikah mərasimi olub.

Oktyabrın 5-də Çeçenistanın paytaxtı Qroznı şəhərinin 200 illiyi təntənə ilə qeyd edilib. Müxtəlif tədbirlərlə zəngin olan bu şənliyin zirvəsi 200 gənc oğlan və qızların nikah mərasimi olub. Qroznının Çiçəkli parkında 200 cütlüyün nikahı qeyd edilib.

Din.az bildirir ki, bayram şənliyi 5 oktyabrda 42 yaşı tamam olan Çeçenistanın başçısı Ramzan Kadırovun doğum günü ilə üst-üstə düşüb.

Onu da qeyd edək ki, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə və millət vəkili Cavanşir Paşazadə də həmin təntənəli mərasimdə iştirak ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...