Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Buzovnada qeyri-qanuni ibadət yeri aşkarlanıb

“Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinə zidd hal aşkar edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə fevralın 22-də Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Din.az “A24.az”-a istinadən bildirir ki, DQİDK-dan verilən məlumata görə, baxış əsnasında qanuna zidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Əhmədov Fərhad Naid oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...