Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çadrası ilə İslama etiraz etdi və…

“FEMEN” üzvlərinin bədənlərinə “ALLAH siyasətçi deyil” yazdırmışdılar

İsveçrəli akademik Tariq Ramazanın 33-cü İslam Konfransındakı çıxışı zamanı qalmaqal yaşanıb.

Din.az ATV-yə istinadən bildirir ki, zala çadrada daxil olan “FEMEN” qrupunun üzvləri, İslam dininə etiraz etmək məqsədiylə üzərilərindəki çadraları çıxararaq Tarıq Ramazanın üzərinə atıblar.

Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə “FEMEN” üzvləri çətinliklə də olsa, zaldan çıxarılıblar. Lakin onlar bayırda paltarlarını geyinən zaman, konfrans iştirakçılarından bir neçəsi qızları cəzalandırmaq üçün onlara hücum edib. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsiylə insidentin qarşısı alınıb.

“FEMEN” üzvlərinin bədənlərinə yazdıqları şuarlar isə diqqət çəkib: “ALLAH siyasətçi deyil” yazısı isə ətrafdakılar tərəfindən birmənalı qarşılanmayıb.

Xəyalə Məmmədova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir