Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
çağrı

Əfsanəvi boksçu Məhəmməd Əli filmdə çəkilmək istəyib, amma…

Share Button

Filmin çəkilişləri zamanı 28 ayrı ölkədən aktyor və mütəxəssislərlə iş görülüb.

İllər keçməsinə baxmayaraq möhtəşəmliyi ilə dünyanın bir çox yerlərində şöhrət qazanan və müsəlmanların sevə-sevə baxdığı “Çağrı” filmi haqqında bilmədiyimiz 7 maraqlı nüans açıqlanıb:

  1. Mustafa Akkadın İslamiyyətin yaradılışından bəhs edən bir film çəkəcəyini öyrənən əfsanəvi boksçu Məhəmməd Əli, Bilal Həbəşi rolunda oynamaq istəyib, lakin ejissor Mustafa Akkad, bunun filmin verəcəyi mesajın önünə keçəcəyini düşünərək Məhəmməd Əlinin təklifini rədd edib.27667
  2. Filmin çəkilişləri zamanı 28 ayrı ölkədən aktyor və mütəxəssislərlə iş görülüb.
  3. Dövrün Məkkəsinə bənzədilən setin hazırlanması 4,5 ay vaxt aparıb. Setin inşaasında isə 300-dən çox adam çalışıb.27665
  4. Hamza rolu ilə baş rolda iştirak edən Anthony Quinn 3 saatlıq filmin yalnız yarısında görünür.27662
  5. Setdə eyni vaxtda fərqli aktyorlarla filmin həm ingiliscə, həm də ərəb dilində iki versiyası çəkilib.
  6. İlk olaraq çəkilişlərə Mərakeşdə başlanıb, lakin Hz.Muhammədin həyatının filmdə göstərilməsinin uyğun olmayacağını düşünən bir çox insanlar Mərakeş kralına təzyiq edincə Kral, Akkad və onun çəkiliş qrupunu ölkədən kənarlaşdırır. Sponsorların filmdən dəstəyini çəkdiyi və ümidlərin tükəndiyi bir vaxtda isə filmin tamamlanması üçün əsas dəstəyi təmin edən Qəddafi oldu. Hətta Bədir Döyüşü səhnələrində, Liviya ordusundan əsgərlər də rol alıb.27664
  7. Çətin proseslərdən sonra çəkilişi tamamlanan filmin nümayişi, vizyona girdiyi zaman bir çox Yaxın Şərq ölkələrindəki dini liderlər “Peyğəmbərin həyatı ağ pərdəyə köçürülə bilməz” fətvası ilə qadağan olundu.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

2 şərh Əfsanəvi boksçu Məhəmməd Əli filmdə çəkilmək istəyib, amma… üçün

  1. Shahmar dedi:

    Muhəmmədin baş düşməni (sünnilər,şiələr, vəhabilər) məshəbçilərdir. Muhəmmədin üzü göstərilməz, ağ lövhəyə köçürülməz deməylə peyğəmbərin sevdiyini iddia edirlər amma Peyğəmbərin qati düşmənləridir fərqində deyillər. peyğəmbəri cəmiyyətə pedofil kimi qadin düşgünü kimi və bir çox iyrənc iftiralarla peyğəmbəri tərif etməyi düşünən hansi sevgidən danişa bilər?

    De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına! 41\6

    De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadirəm!” 72\21.

    O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.
    Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır! 22\12-13

    Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. 7\194.

    İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. 2\165.

    MƏGƏR ALLAH ÖZ QULUNU QANE ETMİRMİ? 39\36.

  2. Vadar dedi:

    Elə Həddafini bəyənmirlər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top