Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Camal Qaşıqçı Mədinədə dəfn olunacaq – Cəsədi tapılarsa…

Camal Qaşıqçının övladları Səudiyyə Ərəbistanından atalarının cəsədini onlara vermələrini xahiş ediblər.

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının övladları Salah və Abdullah Səudiyyə Ərəbistanından atalarının cəsədini onlara vermələrini xahiş ediblər.

Onlar bu barədə CNN-ə müsahibələrində bildiriblər.

Salahın sözlərinə görə, indi öldürülmüş jurnalistin ailə üzvləri arasında hamı atalarının cəsədini Mədinədə, qohumlarının dəfn edildiyi qəbristanlıqda torpağa tapşırılmasını istəyir. “Mən bu barədə Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarının nümayəndələrinə dedim və ümid edirəm ki, bu, yaxın vaxtda baş verəcək”, – deyə o qeyd edib.

Jurnalistin digər övladı Abdulla isə əlavə edib ki, o, atasının öldürülməsinin tez baş verdiyinə, əzablı olmadığına və ya valideyninin sakitcə ölməsinə inanmaq istəyir.(Report)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...