Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Camal Qaşıqçının nişanlısı: “Qaşıqçının ölümü ilə bağlı Trampın daha çox Səudiyyə Ərəbistanını qoruduğu görünür”

“Konqresdə olan hər kəs bu mövzudan həqiqətən utanır”.

“ABŞ-da Tramp deyil, başqa prezident olsaydı, Camal Qaşıqçının ölümünə bəlkə daha sərt münasibət bildirərdi. Trampın daha çox Səudiyyə Ərəbistanını qoruduğu görünür”.

Din.az ONA-ya istinadən bildirir ki, bu sözləri keçən ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz deyib.

Xədicə Çingiz cinayətlə bağlı ABŞ Konqresində görüşdüyü bir çox şəxslərin Ağ evdən fərqli düşündüyünü bildirib: “Konqresdə olan hər kəs bu mövzudan həqiqətən utanır. Onlar sərt münasibətə məruz qalmaqdan çəkinirlər”.

Xədicə Çingiz “Qaşıqçı cinayəti” ilə əlaqədar Trampın dəvətini qəbul etməməsinə də aydınlıq gətirib: “İlk günlər dünya ictimaiyyətinin qəzəbindən çəkinib özünü təəssübkeş kimi göstərsə də, sonra çox yumşaq reaksiyası Trampın bu məsələni ABŞ siyasətindən kənar tutmaq istədiyini göstərdi. Biz bu məsələnin heç vaxt mediada bu şəkildə yayılmasını arzu etmədik. Mən bu işin bir aktyoru olmaq istəmədim. Bu faciədən özümə bir mənfəət götürməyi Camalın adına yaraşdırmadım. Ona görə də Trampla görüşün əhəmiyyətli olduğunu düşünmədim”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...