Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Camal Qaşıqçının nişanlısından Trampa ÇAĞIRIŞ

Xədicə Cengiz ABŞ prezidentini mövqeyini dəyişməyə çağırdı.

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz ABŞ prezidenti Donald Trampı bu cinayətlə bağlı mövqeyini dəyişməyə çağırıb.

Din.az xəbər verir ki, Cengiz Türkiyədə nəşr olunan və yerli jurnalistlərin ondan aldıqları müsahibə şəklində yazılan “Camal Qaşıqçı: həyatı, mübarizəsi və sirləri” kitabının İstanbulda təqdimatı zamanı bu bəyanatla çıxış edib.

O, kitabı “emosional” adlandırıb, çünki Qaşıqçı burada ona yaxın insanların jurnalisti tanıdıqları kimi təqdim olunmayıb.

“O (Tramp), bu məsələ ilə bağlı yeni mövqe tutarsa, biz çox şad olarıq”, – deyə Xədicə NTV telekanalının efirində bildirib.

Cengiz nişanlısının qatillərinin cəzalandırılacağına, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səudun isə “düşüncəli davranaraq” Türkiyənin cinayətin araşdırılması üzrə səylərini dəstəkləyəcəyinə ümid bəslədiyini bildirib.

“Bizim üçün meyitin tapılması və yaxınlarının onun üçün dua edəcəyi yerin olması vacibdir”, – deyə o əlavə edib. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...