Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Çamlıca Məscidi sabah ilk dəfə qapılarını açacaq – FOTO

Məsciddə 60 min insan eyni anda ibadət edə biləcək…

30571 (1)Təməli 6 avqust 2013-cü ildə atılan və tikinitsinin tamamlanmasına sayılı günlər qalan Çamlıca Məscidində Qədr gecəsi təravih namazı qılınacaq.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Məscid və Təhsil Mədəniyyət Xidmətləri və Yaşatma Dərnəyinin sədri Ergin Külünk verdiyi açıqlamada təməlatma mərasimində məscidi Qədr gecəsində açacaqlarına söz verdiklərini xatırladıb.

Məscidin xaricində həyata keçirilən başqa layihələr səbəbiylə inşaatın uzandığını bildirən Külünk, “qarşımızdakı cümə günü – 1 iyul Qədr gecəsi… sözümüzü tutmaq adına məscidin həyətində bir gecəliyinə təravih namazı qılacağıq. Məscid açılmır, hal-hazırda inşaatı gedir. İçərisində 350 min kub metrlik körpü var, amma biz söz verdiyimiz üçün Qədr gecəsi simvolik olaraq izdihamla birlikdə təravih namazı icar edəcəyik” deyib.

30584

30577

30562

Daha sonra Külünk bunları əlavə edib: “Ana qübbənin betonunun təməlatma mərasimindən 1071 gün sonra gözəl bir təsadüflə bitirdik. Məsciddə hazırda 350 nəfərlik insan gücü ilə layihəmiz davam etdirilir. İstanbul və İstanbuldan kənarda 10-a yaxın emalatxana da bizim üçün işləyir. 500 nəfərə qədər insan da orada işləyir. Təqribən 850 nəfərlik bir insan gücü ilə biz bu layihəni ayağa qaldırmağa çalışırıq. Keramika, çini, mərmər, daş, gips və taxta doğrama işlərimiz hazırda 10-a yaxın emalatxana bizim üçün istehsal həyata keçirməkdədir”.

30571 (1)

60 min insan eyni anda ibadət edə biləcək…

Külünk, ancaq bir məscid inşa etmədiklərini, məscidin həm də bir mədəniyyət kompleksi olaraq hazırlandığını vurğulayaraq bunları qeyd edib: “Ənənəvi olaraq geniş bir kompleks olaraq hazırlanır. 11 min kvadrat metr böyüklüyündə bir muzeyimiz, 3500 kvadrat metr böyüklüyündə galereyamız, 3 min kvadrat metr böyüklüyündə kitabxanamız, min nəfərlik konfrans zalımız, 8 ədəd də sənət emalatxanamız var.

3500 avtomobilin saxlana biləcəyi dayanacağa sahibik. Lakin bunların hamısının yanında mülki müdafiə mənasında da bir özəlliyimiz var.

Qapalı məkanlarımızda 100 min insanın yerləşə biləcəyi məkana sahibik. Bu layihə hazırlanarkən İstanbul üçün nəzərdə tutulan zəlzələ əmsalı nəzərə alınaraq tikildi. Bu baxımdan məscidimizin xalçalı sahəsində 25 min insan, həyətdə isə 12500, lap çöldəki açıq havada isə təqribən 60 min insan bu məsciddə eyni anda ibadət edə biləcək”.

Bu tikilinin bir abidə, tarixi əsər olaraq hazırlandığını deyən Külünk, “Məscid gələcək nəsillərə qalacaq əsər kimi hazırlanır. Bu gün biz necə öz əcdadlarımızdan qalan tarixi əsərləri bizdən sonrakı nəsillərə çatdırmaq üçün qoruyub saxlayırıq, inşallah 10 ildən sonra da bu əsər tarixi əsərlər arasında yerini alar deyə ümid edirik”, – deyə qeyd edib.

30574

30575

30578

30569

30581

30558

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...