Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
ilk-namaz

Çamlıca məscidində ilk namazın tarixi bəlli oldu

Share Button

Məscidin tam olaraq ibadətə açılması üçün 1 il daha var

İstanbulda 6 avqust 2013-cü ildə tikintisinə başlanan Çamlıca məscidinin böyük hissəsi tamamlanıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Çamlıca məscidində ilk təravih namazı 1 iyul Qədir gecəsi qılınacaq. Tam olaraq ibadətə açılması üçün 1 il daha var.

İnşaatı sürətlə davam edir…

Türkiyənin Üsküdar bələdiyyəsi məscidin ətrafında gerçəkləşəcək 30 min nəfərlik küçə iftarı üçün hazırlıqlara başlayıb. Önümüzdəki günlərdə 6-cı minarəsinin də tikiləcəyi məscidin ana qübbəsinin beton tökmə işləri davam edərkən, bir tərəfdən də qübbənin pəncərələri taxılır.

Tam olaraq ibadətə açılması üçün 1 il daha var…

Məscidin tam olaraq açılması üçün 1 illik müddət nəzərdə tutulub. Məscid ilə əlaqədar ətraf ərazilərin düzəldilməsi, metro tikintisi və tunel layihələrinin tamamlanması isə 2 ilə yekunlaşacaq. 37 min insanın eyni anda ibadət edə biləcəyi məscidin ətrafında gəzmək üçün yollar, oturacaqlar, uşaq oyun parkları da olacaq.

maxresdefault

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top