Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Canlı yayımda açıqlandı: Gülən onun zəngi ilə buraxıldı

Türkiyədə FETO -ya qarşı mübarizə davam etdirilir.

12 sentyabr olayları zamanı saxlanılan Fətullah Gülən Kənan Evrənin zəngindən sonra sərbəst buraxıldı.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Baş Qərargahının Kəşfiyyat Dairəsinin keçmiş rəhbəri İsmayıl Haqqı Pekin “Habertürk”ün canlı yayımında deyib.

“1980-ci ildə Gülən saxlanıldı. Əvvəlcə, Hərbi Dəniz Qüvvələri komandanı zəng etdi, lakin buraxılmadı. Quru Qoşunları komandanı zəng etdi, yenə buraxılmadı. Sonuncuda isə Baş Qərargah rəisi Kənan Evrən zəng etdi və buraxıldı”, – deyə Pekin bildirib.

Qeyd edək ki, 1980-ci il 12 sentyabrda baş verən hərbi çevriliş olayında Kənan Evrən hakimiyyəti ələ keçirmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...