Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Canlı yayımda şahzadənin ayaqqabısını öpdü – Video

Aparıcı Tarik Miyhas skandal hərəkətə imza atıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) televiziyalardan birinin aparıcısı Tarik Miyhas skandal hərəkətə imza atıb.

Din.az xəbər verir ki, o, canlı yayımda Əbu Dabinin vəliəhdi, şahzadə Məhəmməd bin Zayid əl Nahyana məxsus ayaqqabını (O, belə fərz edib) öpüb.

“Bunun şahzadə Ali-Həzrətləri Şeyx Məhəmməd bin Zayidə məxsus olduğunu təsəvvür edirəm. BƏƏ vətəndaşı olaraq nə edəcəyimi bilirsinizmi? (Ayaqqabını öpür) Allah onu qorusun və başımızın üstündən əksik etməsin”, – deyə Miyhas bildirib.

Aparıcının bu hərəkəti ictimaiyyətdə birmənalı qarşlanmayıb. Onun bu hərəkətinin BƏƏ vətəndaşlarını təhqir etməsi kimi şərh edilib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...