Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə çarşablı qadın Atatürkün heykəlini baltaladı

Türkiyədə Atatürkün heykəlinə qarşı hörmətsizlik edilib.

Türkiyənin Təkirdağ vilayətinin Çorlu rayonunda Atatürkün heykəlinə balta ilə hücum edən, daha sonra baltasını çarşabının altında gizlədərək qaçan Çiğdəm B. məhkəmədə ədliyyə nəzarətinə verilmək şərtilə sərbəst buraxılıb.

Qadın heykəlin ayaq hissəsinə balta ilə vurmuşdu. O, ətrafda olan insanların təpki göstərdiyini görərək baltasını da gizlədərək ərazidən uzaqlaşmışdı. Hücumdan sonra Təkirdağ polisi şahidlərdən ifadə alıb, müşahidə kameralarına baxış keçirib. Qadın elə küçədə ikən hücumda istifadə etdiyi balta ilə birgə yaxalanıb. Nəzarət altına alınan qadının evli və 30 yaşlı olduğu məlum olub.

Qadının hadisə yerində buraxdığı qeyddə “Rəhman və Rəhmli Allahın adı ilə. Allah əmrində qalibdir. Yusif Surəsi, 21-ci ayə” sözləri tapılmışdı. /Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...