Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Cavid Qurbanov: İslam bir elmdir, İslamı xurafata çevirmək olmaz

“Hər şeyi düzgün qəbul etmək lazımdır, xurafata inanmaq olmaz.”

Dəmiryolçular dini məsələdə ayıq-sayıqdırlar.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Dəmir Yolları QSC-nin birgə keçirdiyi “Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbirdə deyib.

C.Qurbanov qeyd edib ki, hər şeyi düzgün qəbul etmək lazımdır, xurafata inanmaq olmaz. QSC sədri bildirib ki, İslam bir elmdir və dinə elmi yanaşmaq lazımdır, İslamı xurafata çevirmək olmaz:

“Azərbaycan müstəqil və azad ölkədir. Ayıq-sayıq olmaq, dövlətin yanında olmaq və inkişafa doğru getmək lazımdır. Azərbaycanda dini azadlıq var və bunu düzgün qiymətləndirmək, dinə dügün əməl etmək lazımdır”.

C.Qurbanov hər kəsə səslənərək dini məsələdə diqqətli olmağı tövsiyə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...