Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çavuşoğlu 51 müsəlmanın öldürüldüyü şəhərdə

Son məlumata görə məsciddə ölənlərin sayı 51 nəfərə çatıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Prezidentin köməkçisi Fuad Oqtay Yeni Zelandiyanın Kraystçerç şəhərinə səfər edib.

Din.az xəbər verir ki, türk nümayəndə heyətinin təyyarəsi yerli vaxtla 18:00-da hava limanına eniş edib.

Türk rəsmiləri hava limanında Türkiyə səfiri Əhməd Ərgin qarşılayıb. Çavuşoğlu və Oqtay burada Yeni Zelandiyanın Xarici İşlər naziri Uinston Peterslə görüşüblər.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlı şəxs məscidə hücum edib. Hücum nəticəsində son məlumata görə ölənlərin sayı 51 nəfərə çatıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...