Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çavuşoğlu: “Makron Əlcəzair qırğınlarını xatırlasın”

“Biz Əlcəzair və Ruandada olanları unutmamışıq. Qoy Makron bunu ansın”.

“Erməni soyqırımı anma günü”nü təsis edən Fransa Prezidenti Emmanuel Makrona Əlcəzairdəki müharibə zamanı baş verən kütləvi qətlləri xatırlatmaq lazımdır.

Din.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

NATO Parlament Assambleyasının Antalyada keçirilən Rouz-Rot seminarında çıxış edən M.Çavuşoğlu deyib:

“Siz Türkiyəyə dərs öyrətməyə çalışırsınız, siz söz azadlığından bəhs edirsiniz, ancaq Makronun hərəkətləri beynəlxalq hüquqa ziddir. Bunun soyqırım olaraq qəbul edilməsi üçün məhkəmə qərarına ehtiyac var, amma belə bir qərar yoxdur. Hansı motivlə belə bir qərar qəbul olunur? Yalnız bir izah var – populizm. Biz Əlcəzair və Ruandada olanları unutmamışıq. Qoy Makron bunu ansın”.

Bir müddət öncə E.Makronun imzaladığı fərmanla aprelin 24-ü Fransada “Erməni soyqırımı qurbanlarının anım günü” elan olunub.

Əlcəzair 130 ildən artıq Fransanın koloniyası olub. 1954-cü ildə Əlcəzairlə Fransa arasında müstəqillik uğrunda başlayan müharibə 1962-ci ildə Evian atəşkəs müqaviləsinin imzalanması ilə sona çatıb, daha sonra ölkə öz müstəqilliyini elan edib.

Müxtəlif məlumatlara görə, bu müharibənin qurbanlarının sayı 300 mindən 1 milyon nəfərədək olub. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...