Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çavuşoğlu: “Səsinizi çıxarmayın” deyən müsəlman dövlətlər…

“Müsəlman ölkələrdən bəhs edirəm, ABŞ-dan yox. Bunlar Qüdsə sahib çıxacaqlar?”

Qüds kimi müqəddəs davalarımıza bizdən başqa heç kim sahib çıxmaz. ABŞ-dan, İsraildən qorxan müsəlman dövlətləri gördük.

Din.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bəzi dövlətlər hətta fələstinlilərə belə “siz də səsinizi çıxarmayın” deyərək təzyiq göstərir. Müsəlman ölkələrdən bəhs edirəm, ABŞ-dan yox. Bunlar Qüdsə sahib çıxacaqlar? Ötən 2 ildə İslam zirvələrində və BMT Baş Assambleyasında ABŞ və İsrailə qarşı əzici çoxluqla qərar qəbul etdirilərkən bu ölkələrin qorxaqlığını və ürkəkliyini gördük”, – XİN rəhbəri bildirib.  / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...