Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çavuşoğlu və Pompeo amerikalı rahibə görə bu gün Sinqapurda görüşür

Amerikalı rahib Endryu Kreyq Bransonun həbsi məsələsi müzakirə ediləcək.

Sinqapurda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Mayk Pompeo arasında ikitərəfli görüş keçiriləcək.

Din.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində keçiriləcək.

Görüş zamanı tərəflər amerikalı rahib Endryu Kreyq Bransonun həbsi məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...