Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çayxanalar avaraçılıq yeridir, orada oturan kişilər…DEPUTAT

“Burada vaxt keçirənlərin sayı durmadan artır”.

“Çayxana şəbəkəsinin genişlənməsinə qarşı münasibətim mənfidir”.

Din.az bildirir ki, bunu Sonxeber.az- Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda çayxanaların sayının kütləvi şəkildə artmasına və burada vaxt keçirənlərin sayının durmadan çoxalmasına münasibət bildirərkən deyib.

Acınacaqlı haldır

Onun sözlərinə görə, çayxanalar daha çox avaraçılıq yeridir: ” Türkiyənin özündə də belə avaraçılıq çox geniş yayılıb. Okey oyunu oynamaq adıyla boş vaxtlarının 3-4 saatını bilərəkdən orada itirirlər. Bu cəmiyyətin həm də bir məsuliyyətlilik göstəricisidir. Xüsusən də mütaliə vərdişləri olmayan cəmiyyətlərdə bu cür baş qatmalar normal təzahürlərdir. Amma acınacaqlı haldır”.

Çayxanada vaxtını öldürən adamlar

Millət vəkili bildirib ki, insanlar kiminləsə söhbət etmək və ya görüş keçirmək, başqa məsələlər üçün çayxanalardan istifadə edə bilər: “Amma gündəlik olaraq çayxanada daim oturub domino, nərd oynayaraq vaxt öldürmək kimi çalışmalar üzücüdür. Cəmiyyətin yüzlərlə problem var. İnsanların özlərinin problemi var. Çayxanada vaxtını öldürən adamlar faydalı işlə məşğul olsalar, ailələrinə nə qədər xeyir gətirə bilərlər. Çayxanada çəkdikləri siqaret və çaya verdikləri pul əvəzinə bir iş görüb ailələrinə, evlərinə müəyyən bir gəlir də apara bilərlər”.

Xəstəliyə çevrilib

F. Mustafa diqqətə çatdırıb ki, çayxanalarda vaxt öldürmək bir xəstəliyə çevrilib və bunun qarşısını almaq olduqca çətindir: “Çünki insanın özünün seçimidir, başqa məşğuliyyət olmayanda buna meyillik daha çox artmağa başlayır. Cəmiyyətin üzücü hallarından biridir. Hər halda bunu xoş qarşılamıram. Hesab edirəm ki, çayxanalar daha çox vaxtı öldürmək məqsədilə seçilmiş məkanlardır. Yaxşı və xeyirli bir iş deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...