Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

CƏBRAYIL KİLSƏSİ HƏRBİ KAZARMAYA ÇEVRİLƏNDƏ…

“Əsas baiskarını isə “kədərli katolikos” statusunda öz qaranlıq keçmişlərinin mifik qəhrəmanına çevirdilər”.

Birinci dünya müharibəsinə az qalmış, balkanlarda iki müharibə törəyir və Osmanlı imperiyasının çöküşü artıq geridönməz xarakter alır.1913-cü ildə bir-birinin ardınca müstəqilliyinə qovuşan Bolqarıstan,Serbiya, Çernoqoriya ilə paralel Rumıniyanın yarımvassal statusunun aradan qalxması ilə gənctürklərin Avropadakı dayaqları xeyli sarsılır. Elə həmin illər erməni milli davasının önünə çıxan qüvvələr Türkiyəni bölməyə fürsət qazandıqlarını zənn edərək, katolikos 5-ci Gevorqun rəhbərliyi altında Rusiya paytaxtına müxtəlif heyətlər göndərməyə başlayır, çara yazılı müraciətlərə ara vermirlər.
Məqsəd qərbi Ermənistan adlandırdıqları Van, Biltlis, Ərzrum və digər vilayətlərdə hakimiyyətin onlara verilməsi üçün rus hökumətinin Osmanlı rəhbərləri və Üçlər İttifaqının təmsilçiləri ilə danışıqlar aparması idi. Nəticəsi hamıya bəllidir-bununla 300 min insanı xilas etdiklərini söyləyən dünya erməniçiliyi məruz qaldıqları qırğınların səbəbini xəyanət cəbhəsində axtarmaq əvəzinə əsrin “soyqırımı ideologiyası”nı hörərək yaşamağa üstünlük verdilər. Həmin fəlakət epopeyasının əsas baiskarını isə “kədərli katolikos” statusunda öz qaranlıq keçmişlərinin mifik qəhrəmanına çevirdilər.
Halbuki o zamanlar milləti təşkil edən və gələcək hədəflərə yönəldən kilsə fitnəkarlığa deyil, müqəddəs ideyalara, yüz illərlə davam edən dostluğa və sülh içində yaşamaya xidmət göstərsəydi, ötən əsrin faciələri, kütləvi deportasiyaları və milli düşmənçilik yaradan hadisələri də baş verməzdi. Ona görə də Sovetlər Bilriyinin çöküşü ilə siyasi müstəqilliyə çatan Ermənistan tarixinin qırılma nöqtələrini sağaltmaq əvəzinə, yenidən müharibələri və mədəni toqquşmaları körükləyən məfkurəyə təslim oldu.
Kimsə deyə bilər ki, bəlkə də Azərbaycanla yarımçıq qalmış davanı başa vurmaq, türklərdən babalarının intiqamını almaq hissindən kənarda heç bir birləşdirici ideologiya olmağından ermənilərin qisasçılıq savaşına qayıtmaqdan özgə yolu qalmamışdı. Halbuki qırmızı imperiyanın tərkibində faşizmə qarşı vahid səngərdə vuruşan,böyük repressiyaları birgə adladan və 70 il eyni bir ideoloji çarmıxın içindən keçən iki xalq tarixi mübahisələrini daha sivil yolla həll etməyə çalışar, milyonlarla insanın humanitar fəlakətinə və yeni qətliamlara səbəb olan olmazdılar. Üstündən 25 ildən çox vaxt keçməsinə rəğmən tam məsuliyyətlə demək olar ki, Qafqazlarda millətlərarası nifaq ocağını qalayan məhz erməni kilsəsidir. Yüz illər ərzində bir xalqın tarixini, özünəməxsus dəyərlərini, mədəni və siyasi keçmişini qoruması ilə öyünən patriarxlar, qara çuxalı rahiblər və yepiskoplar azadlıq əldə edəndən sonra dini liturgiyaları ilə sülhə deyil, qarşıdurmalara xidmət göstəriblər.
Diqqət edin, 1997-ci ilin 13 noyabrında katolikos Qareginlə müdafiə naziri Vazgen Sarkisyanın birgə təşəbbüsü nəticəsində din və silahlı qüvvələr arasında dünyada tayı-bərabəri olmayan təsisat formalaşdırılır. Orduda ruhaniyyət sinfinə yer tapmaq üçün əskər və zabitlər üzərində başqa bir əsarət dəzgahı icad edirlər. Hətta klerikal,yəni dini dövlət sayılan İranda da inqilab keşikçiləri və bəsiclərin üzərində Ali rəhbərdən savayı birbaşa komandirlik edən əcaib İuda vəzifəsi yoxdur. Ermənistan düz 20 ildir ki, Silahlı Qüvvələrin ruhani liderini təyin edib və onun 40 nəfərdən ibarət səhra köməkçilərinin əli ilə Məsihin çəkildiyi çarmıxa minlərlə Allah bəndəsini gətirmək üçün yeniyetmə gənclərin beyinlərini zəhərləyirlər.
Uydurulan əsatirə görə hələ tarixən min illər əvvəl xristianlığın beşiyinə çevrilən və İsaya ilk pənah gətirən ermənilər artıq 5-ci əsrdə sasanilərə və zərdüştlüyə qarşı sərkərdə Vardan Mamikonyanın başçılığı ilə misilsiz mübarizəyə qalxanda rahanilər döyüşün ön cərgəsində gediblər. Heç bir yazılı mənbələrin sübut edə bilmədiyi belə hekayələr hesabına bütöv bir xalqın keçmişi və gələcəyi yalnız qan hesabına birləşdirilir. Halbuki farsların çoxluq təşkil etdiyi ölkə ilə tarixi dini düşmənçilik səlnaməsini toxumaq indi səngərin bir tərəfində qərarlaşmağa qətiyyən mane olmur. Hələ üstündən 15 əsr keçəndən sonra sən demə Sərdarab savaşında da türkləri hərb meydanında birinci qarşılayan dini inanclı kəsim imiş. Gördüyünüz kimi,belə mifologiyanın təsirindən ən qatı sovet atesitlərinin də çıxması çətin məsələdir. O üzdən,1-ci Qarabağ müharibəsinin yaralarını sarıyarkən kilsə və yeparxiayları mənəvi dinclik ünvanına, nifrət və düşmənçilikdən arınmaq yerinə çevirməkdənsə, Eçmiədzin qəsrini əbədi din davasının baş məbədinə çevirdilər. Bəs kim edir bunları?
İlk olaraq o adamlar ki,siyasi hakimiyyətin yuxarı pillərinə düşə bilməyiblər və xalqı soymaq üçün müqqədəslik donu geyinməyə məcburdular. Ona görə də tiryəkə çevrilən duaların cazibəsində hər cür qəddarlığa qadir olan qladiatorlar formalaşdırırlar. Sivil bir ölkədə xaçlı yürüşlərin və səlib müharibələrin bir daha təkrarlandığını deyənləri qətiyyən qınamaq olmaz. Çünki orduda ruhani müşavirlər komissarlara çevrilərək, öldürməyə çağırış sanksiyalarını imzalayan və Allahın adı ilə insan canı alanların böyük bir sinfinə dönüblər. Bəs elə isə,bir əlinə qılınc,o birisinə İncil götürənlərin etiqad göstərdikləri din həqiqətənmi digər inanc sahiblərini, hər hansı milli və ya etnik mənsubiyyətə malik olanları məhv etməyə çağırır?
Xeyr, əsla yox. Min illik tarixin sınaqlarından keçən və bəşəri mahiyyət daşıyan müqəddəsliklər tam fərqli bir nəsihəti ortaya qoyur. Allahın oğlu İsa insanlığı doğmalar və yadlara bölməyi qadağan edir, öz şagirdlərinə “hər kəs bir olacaq” öyüdünü verirdi. Halbuki müharibə parçalayır,fərqli cəbhələrə keçirərək “sən öldürməsən,səni öldürəcəklər” hökmünü çıxarmağa vadar edir və bərabərlik əvəzinə güclünü haqlı çıxarır.
Yer üzündə istismara və ədalətsizliyə son qoymağa çalışan Xilaskar üçün onun ilahi sevgisinin ünvanı insandır-əbədi yaşayan ruha sahib olan Tanrı simalı varlığın özüdür. Savaşda isə məqsədə çatmaq üçün canlı varlıqları öldürmək və məhrumiyyətlərə düçar etməyə icazə verildiyindən insan sadəcə vasitədir. İncildə deyilir ki, xristianlar mühakimə etməməlidirlər-amma kütləvi qırğınlar düşməni hər cür alçaltmağa xidmət edən hökmləri təşfiq edir, ayrı cür düşünənləri isə xəyanətlərdə suçlayır. Bəndələrini həqiqət üzərində Yaradana sitayişə səsləyən Məryəmin oğlu nifrətə və qisasçılığa açılan qəlblərin sonradan özlərini daxilən necə terrora məruz qoyduqlarını yaxşı bilirdi. Çünki gerçəkliyi düzgün dərk edənləri və təbliğatın, kütləvi psixoz yaradan siyasətin qurbanlarının o,hələ döyüş meydanına çıxmamış ölüyə çevrildiklərini aydınlıqla görürdü. Yalan ona agah idi.
O üzdən Eçmiədzini bir millətin Baş Hərbi Qərargahına dönədərənlər ordu üçün yazılmış bütün qanunların gücündən daha təsirli silah tapıblar. Kilsə plan cızır,taktika hazırlayır, kəşfiyyat aparır və ən sonda özü də döyüşə atılır. Nizamnamə tələblərini yerinə yetirməyənləri ən sərt cəzalara layiq görmək olar, lakin patriarxların müqəddəs taxt-tacına qarşı gedənləri əbədi günah və lənət gözləyir. Belələrini edam etmək azdır,onları şeytan elan etmək və öz qövmündən qovub uzaqlaşdırmaq Ermənistanın Din Ordusunun əsas yazılı kitabıdır.
Ona görə bütün Rusiyanın patriarxı Kirill Azərbaycan və Ermənistan ruhani liderlərini Moskvaya dəvət edəndə bölgə xalqlarına iztirab və məhrumiyyətlər gətirən münaqişələri xeyirxahlıq, humanizm və bağışlama duyğuları ilə çözməyə hazır olan böyük bir Mənəviyyat Başçısını qarşında görməyi arzulayırsan. Bu hisslər sövq-təbiidir,insanın gerçək ruh halıdır. Hər halda ümid edirsən ki, Qarabağ davasının qurbanlarını öz əli ilə dəfn edən və onlara qəlb rahatlığı arzulayan adam ona Tanrı mücrüsütək verilmiş əsanın gücü ilə heç olmasa cismani ömrünün sonlarını o dünyaya həsr edəcəkdir. Axı İsa yer üzünü müvəqqəti dünya sayırdı,elə isə Erməni patriarxı torpaq işğallarına,ərazilər ələ keçirməyə,yüz minlərlə insanın qabar əlləri ilə yaradılmış ocaqlara özlərininki kimi sığınmağa necə xeyir-dua verə bilər?
Lakin əfsuslar olsun ki, indiki dünyada heç bir dini inanca mənsub olmayanların kilsə xadimlərini Allahın buyurduqlarına əməl etməyə çağırması qətiyyən təəccüblü deyil. Yaşadığımız zamanın paradoksu bundadır. Yoxsa,2-ci Qareginə nə məcbur olmuşdu ki, Rusiya paytaxtında ölkəsinin vətənpərvəri və qatı diplomatı kimi Azərbaycanı aprel döyüşlərinin əsas günahkarı elan etsin. Axı Nalbandyandan fərqli olaraq o,Sarkisyanın və dünya erməniçiliyinin deyil, onların hamısının inanmalı olduğu İlahinin qarşısında hesabat verir. Qoy onda əllərinə götürdükləri kitabı yerə qoyub sadəcə hər biri zirehli kamufulyajlarını geyinsinlər ki,hər kəs onları yaxşı tanısın. Xeyir əbasını geyinib, cəllad kimi hökmlər verməyin adı nədir?
Müqəddəs dəyərlərə xəyanəti dua etdiyiniz binaların kandarından çölə çıxandan sonra etməyə hansı kitab icazə verib? Yoxsa, Allah evini hərbi qərargahlara çevirənlər üçün Razdan meydanında Silahlı Qüvvələrin keçirdiyi parada birinci cərgədə qatılması da xüsusi bir missiya və insanlıq borcudur? Yəqin, 2011-ci ildə müstəqilliyinin 20-ci ilində ruhani-kapellanların günahsız adamları öldürmək üçün nümayiş olunan qırıcı təyyarələr və ağır texnikanın ansamblında necə miskinliklə addımladıqlarını unutmamısız. Yüksək ulduzlarını göylərin xeyir-duası ilə deyil, yerin əzabı, özgə torpağın damarlarından axan qanı hesabına qazanan generallarla bir sırada durmaq inkivizisiya tonqallarına atılanlara hökm çıxaranlardan heç nə ilə fərqlənmir. Millətin gözü qabağında döyüş ruhunu qaldırmaq adı ilə öldürməyə səsləyən hərbi marşların və milli musiqinin səsi Kilsə zənglərini, qəlbləri riqqətə gətirən liturgiyaların əks-sədasını batırdığı məmləkətdə həqiqətən Allah adamı olmaq çətindir.
Ona görə də 3 oktyabrda Azərbaycan torpağında açılışına xeyir-duası verilən Cəbrayıl kilsəsi də üzərinə hansı işarənin vurulmasına baxmayaraq,hərbi kazarmalardan heç nəylə fərqlənmir. Döyüş mövqeyi quran və hər gün daşdan-ağacdan özünə sığınacaq düzəldən hərbçilərin gördüyü işlə dindən səngər qazanların,qala düzəldənlərin heç bir fərqi yoxdur. Gətirib orada Dağlıq Qarabağ ordusunun yüksək rütbəli adamını, general-mayor Vardan Balayanı və onun əskərlərini and içdirirlər ki, müqəddəs xaçı hər yerdə yaysınlar. Məqsəd xristianlığın arealını genişləndirməkdən daha çox Şərin-erməni dövlətinin qəsbkarlıq siyasətinəin coğrafiyasını genişləndirməkdir. Yoxsa,ötən illərdə niyə bunu etmirdilər? Azərbaycan kiçik bir yuvada-Mərcanlıda Şuşanın Gövhər Ağa Məscidinin oxşarını yaratdı, ocağından uzaq düşən yüz minlərlə adama 30 ildir əsarətdə olan dini qibləgahlarının birinin əvəzini qaytardı. Düşmənə onun nə təhlükəsi ola bilərdi ki? Yox, Eçmiədzinin hesablamaları tamam başqadır-birdən bütöv bir xalq geridönüşə əmin olar, məscidin hücrəsindən yapışıb Xanın kəndinə doğru yol alar. Bunu görən Kilsə hərəkətə keçərək, Cəbrayılda özünə döyüş istehkamı ucaltmağa qərar verdi. Buna deyərlər, Allah evlərini döyüşdürmək!
Ən başlıcası,İsa nümunəsini heç zaman unutmamaqdır. Onu başa düşməyənlərə, nifrət edənlərə və üzərində cəza səhnələri quraraq, öldürməyi tələb edən əskərlərə ən sonda qalib gəldi. Çünki Məryəm oğlu özünü qurban verərkən, insanlığı xilas etmək istəyirdi. İndi bir özgə çarmıxdan keçən müqəddəs Məhhəmmədin ümməti də bir gün kolonnalara düzülən və döyüşçü-kapellanlar yetirişdirən kilsələri həqiqi Tanrı evlərinə çevirəcəkdir!
Amin!

Zahid Oruc – yazarın arxivi

Din.az Moderator.az-a istinad edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...