Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Çeçenistan Azərbaycanda nümayəndəlik açacaq

Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılmasına dair razılıq əldə edib.

Rusiya Federasiyasının Çeçenistan Respublikası Azərbaycanda nümayəndəlik açacaq.

Din.az xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, rəsmi Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılmasına dair razılıq əldə edib.

“Çeçenistan ilə Azərbaycan arasındakı münasibətlər qədim ənənələrə malikdir. Bunun təməlini Azərbaycan Prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya qəhrəmanı Hacı Əhməd Kadırov qoyub”, – Çeçenistan başçısı bildirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...